Kimyalaşdırmanın ekoloji problemləri
Mövzu 13:Kimyalaşdırmanın ekoloji problemləri
Plan:
1. Kənd təsərrüfatında mineral gübrələrdən istifadə.
2. Gübrələrin verilmə üsulları.
3. Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri.
4.Bitki mühafizəsində kimyəvi vasitələrin tətbiqi.
5.Pestisidlərdən istifadənin ekoloji problemləri.
6. Bitki zərərvericiləri,xəstəlikləri və onlarla mübarizə.
13.1. Mineral gübrələrdən istifadə
Bitki inkişafı üçün müəyyən miqdarda biogen maddələrə ehtiyac göstərir (azot birləşmələri, fosfor, kalium və s.), bu maddələri o, adətən torpaqdan mənimsəyir. Təbii ekosistemlərdə bitki tərəfindən assimlyasiya olunan biogenlər, toxumlar, bitki töküntüləri, ölmüş tumurcuqlar, köklər və s. maddələrin mübadiləsində destruksiya prosesləri nəticəsində torpağa qayıdır.
Azot birləşmələrinin bir hissəsi bakteriyalar vasitəsilə atmosferdən fıksasiya olunur. Biogenlərin bir hissəsi yağıntılar vasitəsilə torpağa düşür. Balansın mənfi tərəfləri infiltrasiya, həll olmuş biogenlərin səthi axımı, onların eroziya prosesi zamanı torpaq hissəcikləri ilə aparılması, həmçinin azot birbşmələrinin qaz şəklinə düşərək atmosferə keçməsi hesab olunur. İlkin (bakirə) ekosistemlərdə biogen maddələrin, həmçinin humusun balansı yüksək dəqiqliyi ilə qapanır.
Kənd təsərrüfatı təbii, praktiki olaraq qapalı biogen balansını po zur. Biogenlərin bir hissəsi hər il məhsul tərəfindən aparılır. Aqrosistemlərdə qida maddələrinin aparılması sürəti təbii sistemlərə nisbətən 2-3 dəfə çox olur, məhsul nə qədər çox olarsa, qida maddələrinin aparılması da bir о qədər çox olar.
Dünyada dənli bitkilərin məhsulu vasitəsilə ildə 40 mln. tona qədər, yaxud 1 ha dənli bitki sahəsindən 63kq azot aparılır.
Bıma görə torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəlt-mək üçün gübrələrdən istifadə etmək lazım gəlir. İntensiv əkinçilikdə gübrəsiz torpağın münbitliyi eb sonrakı ildə aşağı düşür. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.
Qeyd edək ki, dünyanın bütün torpaqlarının tərkibində 150 mld. ton azot vardır. Hətta эп kasıb torpaq sayılan çimli-podzol torpaqlar tərkibində 20 sm-lik şum qatmda hektarda 2-4 ton azot saxlayır. Qaratorpaqda isə bu rəqəm 20-30 tona çatır.
Göründüyü kimi torpaqda artıqlaması ilə azot vardır, lakin torpağa yenə də azot verilir. Bunun səbəbi müxtəlif azot formaları bitki tərəfin-dən kifayət qədər mənimsənilə bilmir. Gübrənin tərkibindəki azot ammonium və ya nitrat duzları şəklində olub bitki tərəfındən daha yaxşı mənimsənilir, lakin gübrənin davamiyyəti uzunmüddətli olmur. Sonrakı ildə gübrənin effektliyi ilk təsirinə nisbətən 20%-ə enir.
Uzun illər azot gübrələrinin itməsi əsasən onun axım vasitəsilə çayla-ra və yeraltı sulara keçməsi ilə izah edilirdi.
Yüksək nəmliyi olan yüngül torpaqlarda tarla bitki ilə örtülü olmadıqda azot birləşmələri yuyulub aşağı qatlara keçir. Qalan hallarda isə azotun itməsi denitrifikator-bakteriyaların təsiri altında azot müxtəlif oksidlər və molekul formasma keçərək bərpa olunması yolu ilə baş verir.
Y.V.Novikova (1999) görə Rusiyanın tarlalarından havaya 1,5 mln. ton azot uçur.
Tarlaya azot gübrələri verildikdə onun miqdarı elə hesablanmalıdır ki, gübrələr məhz bitki tərəfindən mənimsənilsin, ətraf mühitə və insanlara ziyan yetirməsin. Çünki biogen maddələrin çoxluğu ətraf mühiti, saf suları çirkləndirir, su hövzələrini evtrofıkasiyaya uğradır, hətta atmosferin ozon qatını təhlükə altına alır. Su hövzələrinə daxil olan birləşmiş azotun yarıdan çoxu kənd təsərrüfat istehsalının payına düşür. Suyun qida maddələri ilə, ilk növbədə birləşmiş azotla zənginləşməsi, həddən çox yosunların inkişafına səbəb olur, onlar çürüyərək anaerob bakterial parçalanmaya məruz qalır, bu isə oksigeni defisitləşdirir. Bunun nəticə-sində balıqlar və başqa su heyvanlarının məhvinə gətirib çıxarır.
Nitratlar normadan artıq yalnız suda deyil, həm də ərzaq və yem bitkilərində toplanır. Öz-özlüyündə insan və heyvanların sağlamlığına təhlükə yaratmasa da, onlardan asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli olub qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroaminlər əmələ gələ bilər.
Müasir əkinçiliyi aqrokimyəvi vasitələrsiz təsəvvür etmək mümkün deyildir. Bitkiçilikdən alınan məhsullarm yarısı aqrokimyəvi vasitələrin hesabına əldə edilir. Bəzi hesablamalara görə kimyəvi vasitələrdən istifadə bitkiçilikdən alınan məhsulun 50-60, bəzən isə 70%-ni xəstəlik və zərərvericilərdən qoruyur. Digər hesablamalara görə Yer kürəsi əhali-sinin 30%-i, yəni dörddə birdən də bir qədər çoxu mineral gübrələrin hesabına ərzaqla təmin edilir.
Hazırda dünyada 300 mln. tondan artıq gübrə istehsal olunur. Bununla belə, уеnə də dünyanın bir çox ölkələrində, əsasən də Afrikada bir çox səbəblərdən, о cümlədən qeyri-üzvi və üzvi mineral gübrə qıtlığı səbəbindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı olduqca aşağıdır. YUNESKO-nun məlumatma görə hər il Yer kürəsində milyonlarla in-san aclıqdan ölür, on milyonlarla insan isə ərzaq qıtlığından daim əziyyət çəkir. Bu о zaman baş verir ki, planetimizin əhalisi durmadan artır, adam başına düşən kənd təsərrüfatına yararlı torpaqların sahəsi isə ildən-ilə azalmaqda davam edir. Yaşayış məskənlərinin daim genişlənməsi, torpaqların eroziyası, şorlaşma və bataqlaşması dünyanın hər yerində müşahidə edilir.
Hələ XIX əsrin vvəllərində Y.Libix sübut etmişdir ki, torpaqdan kənd təsərrüfatı bitkilərinin məhsulu ilə birgə biogen elementlər də aparılır. Mineral gübrələr tətbiq edilmədiyi halda torpaqlar qüvvədən düşür. Düzgün texnologiyalar əsasında tətbiq edilən gübrələmə sistemi biosferin çirklənməsinə yol vermir və digər fəsadlar törətmir. Əksinə, gübrə-ləmə, qeyd edildiyi kimi məhdud sahədən daha çox məhsul götürməyə imkan verməklə, milyonlarla hektar meşə, çəmən, çöl və digər ekosistemləri qorumağa şərait yaradır. Hesablamalar göstərir ki, əgər dünya miqyasında mineral gübrələrin və digər kimyəvi vasitələrin tətbiqi dayandırılarsa, Yer kürəsi əhalisini ərzaqla təmin etməkdən ötrü əkinə yararlı torpaqların sahəsini 4-5 dəfə genişləndirmək lazım gələrdi. Bundan ötrü isə milyon hektarlarla təbii ekosistemlər, xüsusən də mülayim və tropik qurşağın meşələri məhv edilməlidir.
Mineral gübrələri, həmçinin mikro gübrələri tətbiq etmədən əkinçilikdə qida maddələrinin müsbət balansmı yaratmaq mümkün deyildir. Mineral və mikro gübrələr əkinçilikdə biogen elementlərin davranışını yaxşılaşdırmaqla yanaşı, ətraf mühitdə də bu maddələrin müvazinətini qoruyub saxlayır. Əkinçilikdə qida elementlərinin balansının pozulması nəticəsində torpaq, bitki və təbii su hövzələrinin kimyəvi tərkibinin pisləşməsi baş verir, bu isə öz növbəsində kənd təsərrüfatı və yem bitkilərinin keyfiyyətinə mənfi təsir göstərməklə insanların və ev heyvanlarının xəstələnməsinə gətirib çıxarır. Məsələn, yod çatışmazlığı endemik zob, flor dişlərin kariyesinə, sink ürəyin işemiya xəstəliyinə, marqans şəkərli diabetə səbəb olur.
Tarlaların gübrələnməsi qədim zamanlardan başlanmışdır. Нələ eramızdan əvvəl I əsrdə bu tədbirə böyük diqqət ayrılmışdır. Belə ki, Qədim Romada səthin relyefini nəzərə alaraq, düzən sahədə hektarın 1ha-na 18 araba, yamaclarda isə 24 araba peyin verirdilər.
ABŞ-m mütəxəssisləri ayrı-ayrı faktorların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirini və əhəmiyyətini sıra ilə aşağıdakı kimi qiymətləndirmişlər (%-lə).
Gübrələr 41
Herbisidlər 15... 20
Əlverişli torpaq 15
Hibrid toxıımlar 6
Suvarma 5
Digər faktorlar 11... 16
Statistik rəqəmlər sübut edir ki, hazırkı dövrdə planetimizin hər dördüncü adamı gübrələri tətbiq olunması ilə əldə olunan əlavə məhsulla qidalanır.
Akademik D.N.Pryanişnikovun gübrələrin köməyi ilə əldə olunan
məhsul artımmı yeni əkinçilik kontinentinin açılması ilə müqayisə etməsi əlbət ki, təsadüfi deyildir.
1986-1990-cı illər ərzində Rusiyanın əkinçiliyində orta hesabla 13 mln. ton mineral gübrələrdən istifadə olunmuşdur. D.M.Xomyakovun (1998) verdiyi qiymətə görə Rusiya əhalisini aşağıdakı miqdarda bitkiçilik məhsulları ilə lazımi miqdarda təmin olunmasına ehtiyac vardır (mln. ton hesabı ilə): taxıl 95, şəkər çuğunduru 27, günəbaxan 3,5, kartof 38, tərəvəz 11,5. Bu zaman 10 mln. ton gübrə, 8,5 min ton pestisidlər, 35,5 mln. əhəngtərkibli material tələb olunur. Bununla belə, müəllifə (Xomyakov, 1998) görə 1996-1997-ci illərlə Rusiyada tarlalara vəsait çatışmazlığından cəmi 1,4... 1,7 mln. ton gübrə verilmişdir (1 ha torpağa 14 kq, yəni elmə əsaslanan tələbatdan 10 dəfə az). Deməli, hər hektar səpin sahəsi 100 kq qida maddəsi almır.
ABŞ-da məhsul toplanan sahə 125 mln. ha olub, təxminən Rusiyanınkına bərabərdir. 1995-1997-ci illərdə ABŞ-da hər il tarlalara26 mln. ton mineral gübrə, yəni hər hektar əkin sahəsinə 208 kq mineral gübrə verilmişdir. Əkinçilikdə 10 mln. tona yaxın azot, 4 mln. ton fosfor və 5 mln. ton kalium gübrəsi verilərək, qida maddələrinin müsbət balansını təmin etmişdir («ABŞ-ın aqrar sektoru XX əsrin sonunda»). 1991-1993-cü illərdə AFR-də kənd təsərrüfatı sahələrinin hər hektarına orta hesabla 192,3 kq mineral gübrə, о cümlədən 108,7 kq azot, 34,3 kq fosfor və 49,3 kq kalium gübrəsi verilmişdir, bununla da kənd təsərrüfatı sahəsinin 1 ha-dan dən (toxum) vahidi hesabı ilə ortaillik istehsal məhsulu 6,94 ton təşkil etmişdir (Şpaar, 1996).
B.Q.Mineyev (1998) bütün gübrələrdən və kimyəvi meliorantlardan düzgün istifadə etməyin alternativi olunmadığını qeyd edərək, onun həllinə tələb olunan funksional məsələləri aşağıdakı kimi ifadə edir:
- bitkiyə, xüsusilə bitkiçiliyin məhsulunu təşkil edən onun generativ hissəsinə daxil olan toksiki elementlərin qarşısını alan fizioloji maneə fəaliyyətini gücləndirməyi nəzərə alaraq, mədəni bitkilərin biogen makro və mikroelementlərlə qidalanmasının optimallaşdırılması;
-torpağın münbitliyinin bərpası, onun xassələrinin və humus vəziyyətinin yaxşılaşdırılması;
-aqroekosistemdə optimal nisbəti nəzərə alaraq, əkinçilikdə biogen eiementlərin aktiv balansını və kiçik dövranmı saxlamaq;
-aqroekosistemin ağır metallarla və digər toksiki elementlərlə qlobal və lokal texnogen çirklənməsinin neqativ nəticələrinin aşağı salınması;
-aqroekosistemdə radiasiya-ekoloji vəziyyətin yaxşılaşdırılması;
-aqroekosistemin bioloji göstəricilərinin nizama salınması;
-bitkiçilik məhsulunun kimyəvi tərkibinin və qidalılıq dəyərinin yaxşılaşdırılması.
Gübrələrin ətraf təbii mühitə, aqrosenozun bu və ya digər komponentlərinə əlverişsiz təsiri olduqca müxtəlifdir (torpağın, qrunt və səth sularının çirklənməsi, su hövzələrinin evtrofıkasiyanın güclənməsi, torpağın bərkiməsi; qida maddələrinin dövriyyəsinin və balansının pozulması, torpağın aqrokimyəvi xassələrinin və münbitliyinin pisləşməsi; səpinlərin fitosanitar vəziyyətinin pisləşməsi və xəstəliklərin inkişafı, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və əldə olunan məhsulun keyfiyyətinin aşağı düşməsi və s.).
Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır, odur ki, azot gübrələri əkinçiliyin kimyalaşdırılmasının əsas komponentlərinə aiddir. Lakin qida elementlərinin balanslaşdırılmaması, su rejimi pozulduqda, kifayət qədər işıqlanma olmadıqda və digər əlverişsiz şəraitdə azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. B.Kommonerin (məşhur «ekologiyanın dörd qanunu»nun müəllifi) məlumatına görə ABŞ-da torpağa verilən gübrələrlə daxil olan azotun orta hesabla yarısı bitkilər tərəfindən udulur. Onun qalan miqdarı atmosferə ayrılır, su hövzələrinə axıdılır və torpaqda toplanaraq ətraf təbii mühiti çirkləndirir.
Azot mineral gübrələri bərk və maye halında hazırlanır və istifadə olunur. Bərk azot gübrələri formasına görə aşağıdakılara bölünür:
-ammonyaklı (NH4): ammonium - sulfat, ammonium-xlorid;
-ammonyak-nitratlı (NH4NO3): ammonium selitrası, ammonyak-sulfat-nitrat;
-nitratlı (NO3): natrium-nitrat (natrium selitrası), kalsium-nitrat (kalsium selitrası);
-amidli (NH2): karamid (sidik cövhəri), sianamid-kalsium. Maye halında azot gübrələrindən ammonyaklı gübrələrdən geniş istifadə edilir, azot burada ammonyak (sulu və susuz halda) şəklində olur. Azot gübrəsinin dozasının artırılması, həm əldə olunan məhsulda nitratların artmasına səbəb olur, həm də məhsulda «C» vitamininin, şəkərin və digər maddələrin azalmasına, bununla da, onırn bioloji dəyərinin aşağı düşməsinə səbəb olur.
Tərəvəzdə nitratların toplanmasında istifadə edilən gübrənin forması, məhsulun yığım vaxtı böyük rol oynayır.
Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla (ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, gübrənin dozası və s.) baş verir.
Torpaqdan nitratların yuyulub aparılması prosesini çəmənlərin şumlanması, səpin dövriyyəsində taxılın və cərgə araları becərilən bitkilərin payının artması, aralıq bitkilərin becərilməsindən tamamilə imtina edilməsi gücləndirir.
Tərəvəz, giləmeyvə və üzüm bitkisinin intensiv becərildiyi rayonlarda qrunt sularının nitratlarla çirklənməsi müşahidə olunur.
Gübrə veriləndən əvvəl torpaqda əhəngləmə aparılmalıdır, bu torpağın turşuluğunu aşağı salır və nitratların bərpa olunma prosesini aktivləşdirir.
Nitratların toplanmasında gübrənin verilmə vaxtı mühüm rol oynayır. Kökmeyvəlilərin və kələmin kütləvi yetişdiyi dövrdə azot gübrəsinin verilməsi tövsiyə olunmur.
Müxtəlif bitkilər altında torpaqdan azotun aparılması, kq/ha
Şum sahəsi |
|||
Torpaq |
Taxıl |
Cərgəarası becərilən |
Çəmən |
Qumlu |
30 |
45 |
7 |
Gillicəli |
21 |
32 |
5 |
Gilli |
15 |
24 |
3 |
Orta hesabla |
22 |
34 |
5 |
Kənd təsərrüfatı məhsullarının nitratlarla çirklənməsinin azaldılmasında (qarşısının alınmasında) kifayət miqdarda üzvi gübrələrin (peyin, kompost, siderat) verilməsi olduqca mühüm üsul hesab olunur. Bir çox ölkələrdə aparılan təcrübələrin nəticələri göstərir ki, üzvi gübrələr mineral gübrələrlə 4:1 nisbətində verilməsi məqsədəuyğundur.
Bitkilərin qidalanmasında mineral azota perspektiv alternativ bioloji azot hesab olunur.
Müxtəlif dozalarda azot gübrəsi verildikdə torpağın nəmliyi yalnız dənin mütbq artıma deyil, həm də onun tərkibində toplanan zülalların toplanmasına da müsbət təsir göstərir.
Məlum olduğu kimi, ayn-ayrı torpaq-iqlim zonası və ya aqrokimyəvi rayon üçün təcrübələrin aparılması yolu ilə üzvi və mineral gübrələrin orta verilmə norması müəyyən edilmişdir.
13.1.2. Fosfor gübrələri
Kənd təsərrüfatında tətbiq olunan fosfor gübrələri, əsasən bitki tərəfindən asan mənimsənilən, suda həll olan növlərdən ibarətdir. Bura superfosfat və ikiqat superfosfat, həmçinin mürəkkəb gübrələr - ammofos, diammofos, nitroammofoska, karboammofoska daxildir.
Fosfor mühüm biogen elementlərə aiddir. Canlı orqanizmlərin fosfora olan tələbatı azotdan təxminən 10 dəfə az olmasına baxmayaraq, o, bitki üçün yalnız qidalanma mənbəyi deyil, həmçinin enerji mübadiləsində və artım prosesində əsas rol oynayır.
Tam yararlı məhsul alınmasına əlverişli şərait yaratmaq üçün torpaqda kifayət qədər mənimsənilən fosfor olmalıdır.
Lakin bununla yanaşı, fosfor gübrələri ilə birlikdə torpağa çoxlu
sayda torpaq mühitində az hərəkətdə olan toksik elementlər də daxil olur. Superfosfat tərkibində daha çoxlu miqdarda çirkləndirici maddələr olması ilə fərqlənir (Barrows, 1966):
Qarışıq |
miqdar, mq/kq |
As |
1,2...2,2 |
Sl |
0,0...4,5 |
Со |
0...9 |
Ni |
7...32 |
Cu |
4...79 |
Pb |
7...92 |
W |
20...180 |
Cd |
50...170 |
Cr |
66...243 |
Zn |
50...1430 |
Bundan başqa fosfor gübrələrinin tərkibində ftor toksik birləşmələri də olur. Gübrə kimi istifadə olunan fosforun xeyli hissəsi torpaqda qalır, belə ki, torpaqda olan Ca, Al və Fe-la birləşir. Aparılan tədqiqatlar təbii fosfatların tərkibində radioaktiv elementlərin (uran, radium) olmasını təsdiq edir.
Təbii sularda P2O5-İ 11 miqdarının çoxalması su obyektlərinin evtrofıkasiyasına səbəb olur: bəzi regionlarda hazırda göl və su anbarlarında yosunların biokütləsi kənd təsərrüfatının ümumi məhsulunu keçir.
Müəyyən edilmişdir ki, su hövzəsinə 1 kq fosfor daxil olduqda 100 kq fitoplankton əmələ gəlir, suda fosforun konsentrasiyası 0,01 mq/1-keçdikdə isə yosunların kütləvi inkişafı ilə əlaqədar suyun «çiçəkləməsi» başlayır (Mineyev, 1990).
Yuxarıdakıları nəzərə alaraq, fosfor gübrələrindən istifadə etdikdə aşağıdakı faktorlara diqqət yetirməlidir:
- gübrə kimi istifadə olunan xammal materialları;
- gübrədə olan ağır metallar, radionuklidlər və digər toksiki elementlərlə (birləşmələrlə) torpağın çirklənməsinin yol verilən səviyyəsi;
- fosfor gübrələrinin torpağa verilməsində vacib olan əməliyyatlar (işin aparılma vaxtı, gübrələnən sahələrin yerləşdiyi məkan, müvafq işlərin yerinə yetirilməsi üçün şəraitin mövcudluğu), həmçinin torpağın fosforlaşdırılması zamanı ekoloji məhdudiyyətlərə riayət olunması.
13.1.3. Kalium gübrələri
Ən çox yayılan kalium gübrələrinə kalium-xlorid, kalium-sulfat, təbii kalium duzu xammalı (əsasən silvinit) və b. aiddir. Bu gübrələr həm çinin ətraf təbii mühitə mənfi təsir göstərir. Məsələn, silvinit hazırladıqda halit tullantıları (layları), gilli-duzlu şlamlar, həmçinin tozlu-qazlı tullantılar əmələ gəlir. Duz laylan geniş əraziləri zəbt edərək torpaq və yeraltı suların duzlaşmasının mənbəyi sayılır. Atmosfer yağıntılarının təsiri ilə tərkibində duzun miqdarı 300 q/1 olan duzlu sular əmələ gəlir, onlar qrunt sularına daxil olur və buxarlanma prosesində torpağın səthinə qalxır.
Silvinit qazıntılarının zənginləşdirilməsi zamanı əmələ gələn gilli duzlu laylar güclü çirklənmə yaradır. Onlar adətən 20...40 m dərinliyə basdırılaraq ətrafı tənəciklərlə əhatələndirilir. Belə «anbarlar» yerləşən sahələrdə bataqlaşma və şorlaşma baş verir.
Kalium gübrələrin tərkibində ballast elementləri (Cl, Na) də olur, yüksək dozada sistematik gübrələmə apardıqda onlar torpaqda toplanaraq onun münbitliyini aşağı salır.
Kalium gübrələrinin tərkibində olan metallar (Cd, Hg, Pb,Al) canlı orqanizmlərdə toplana və qrunt sularına daxil ola bilərlər.
Kalium gübrələrində olan zərərli qarışıqlann miqdarı. mq/kq (Kuzina və b., 1987)
Gübrələr |
Pb |
Cd |
Al |
Hg |
Cr |
КС1 |
0,5 |
0,2...0.3 |
1,3...7,7 |
- |
- |
K2S04 |
12,0 |
1,0 |
0,2 |
0,075 |
0,25 |
Rütubətii kalium duzu |
4,0 |
0,09 |
2,6 |
- |
- |
40%-li kalium duzu |
4,5 |
0,16 |
4,1 |
- |
- |
Kaliumun yuyulması su rejimi tipindən, torpağın qranulometrik tərkibindən, tərkibindəki humusun və kalium ehtiyatının miqdarından asılıdır. Kaliumun və digər qida elementlərinin itirilmə miqdarına, həmçinin bitki örtüyünün mövcudluğu, aqrotexniki qaydalara riayət olunması, suvarma norması, torpağın turşuluğu və yerin relyefi təsir göstərir.
Kaliumun çox itməsinin, səth və qrunt sularının çirklənməsinin qarşısını almaq üçün kalium gübrələri torpağın əsas becərilməsinin (şumun) altına verilməlidir. Mineral gübrələrin qida elementlərinin yuyulub aparılması ilə itkisinin azaldılması üçün aqrotexniki və kimyəvi üsullardan istifadə olunur. Sonuncu üsul arasında tədricən təsir göstərən gübrələrin tətbiqi maraq doğurur, bu zaman qida elementləri bitki tərəfindən bütün vegetasiya dövründə tədricən mənimsənilir. Buna kapsullaşdırmanın köməyi ilə, sintetik örtükdən (qatran, parafin, polietilen və b.) və ya sadəcə olaraq, kükürddən istifadə etməklə nail olmaq olar.
Gübrə sistemində üzvi gübrələr mühüm əhəmiyyət kəsb edir. Lakin yüksək məhsuldar torpaq yaratmaq yalnız üzvi gübrələrin hesabına mümkün deyildir. Təsərrüfatda kifayət qədər üzvi gübrələrdən istifadə edildikdə torpaqda humusun balansı müsbət ola bilər. Lakin mineral gübrələrdən istifadə etmədən torpaqda fosfor və kaliumun balansmı təmin etmək qeyri-mümkündür. Üzvi və mineral gübrələrin bitkiyə və torpağa təsiri müxtəlifdir. Mineral gübrələrdən (xüsusilə azot, qismən kalium gübrələri) qida maddələri bitkilər tərəfindən gübrə veriləndən sonra demək olar ki, dərhal maksimum, üzvi gübrələrdən isə üzvi maddələrin minerallaşması prosesində tədricən istifadə olunur. Odur ki, lazım gəldikdə bitkinin qidalanması üçün mineral gübrə verilməlidir. Əgər mineral gübrələr, əsasən torpağın qida rejimini yaxşılaşdırırsa, üzvi maddələr isə bununla yanaşı, həm də torpağı humusla zənginləşdirir, onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır, torpaq mikroflorasının aktivliyini artırır. Üzvi və mineral gübrələrin birlikdə verilməsi, onların eyni miqdarda aynlıqda verilməsi ilə müqayisədə öz müsbət təsirinə görə daha effektli nəticə əldə olunur. Yalnız üzvi-mineral gübrə sisteminin digər aqrotexniki və bioloji üsullarla birlikdə tətbiqi torpağın münbitliyinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, məhsulun keyfiyyətinin nizama salınması və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi üçün etibarlı əsas yaradır.
13.1.4. Gübrələrin verilmə üsulları
Əkin sahələri üçün gübrələmə sistemi tətbiq etdikdə, əkin dövriyyəsində ayrı-ayrı bitkilər üçün və mineral gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək olduqca mühüm məsələdir.
Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı (cərgələrə, yuvalara) və səpindən sonra (əlavə gübrə) gübrələmə tətbiq edilir.
Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən, inkişaf edən və ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək üçündür. Buna görə səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir. Kotanla basdırılan gübrə torpağın dərin, daha çox rütubətli qatına düşür və buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli istifadə edir. Səpindən əvvəl gübrələr, torpağın becərilmə sistemindən aılı olaraq, müxtəlif vaxtlarda verilə bilər. Əgər torpaq payızda dərin becərilib yazda yalnız səpinqabağı kultivasiya edilərsə, gübrələr dondurma şum altına verilir.
Səpin vaxtı gübrələrin cərgələrə və ya çalacıqlara verilməsi əsasən bitkiləri inkişafın ilk dövründə qida ilə təmin etmək üçündür. Buna görə bu üsulla gübrələr kiçik doza ilə verilir. Bitkilər ilk inkişaf fazasmda əlverişli olmayan şəraitə, о cümlədən qida elementlərinin çatışmazlığına xüsusilə çox həssas olurlar. Səpin vaxtı gübrələrin kiçik dozasının cərgələrə və ya çalacıqlara verilməsi cavan bitkilərin qidalanması üçün əlverişli şərait yaradır; bunun nəticəsində bitkilər sürətlə inkişaf edir və əlverişli olmayan şəraitə, məsələn, rütubətin müvəqqəti çatışmazlığına, ziyanvericilər və xəstəliklərdən zədələnməyə dözümlü olur, həm də, sonra alaq otları ilə asanlıqla mübarizə apara bilirlər.
Yüksək məhsul götürmək və onun keyfiyyətini yaxşılaşdırmaq işində əlavə gübrələnməyin (səpindən sonra) böyük əhəmiyyəti var. Bu üsul bitkilərin inkişafının müəyyən dövründə onların qidalanmasını gücləndirməyə imkan verir.
Payızlıq bitkilərə erkən yazda əlavə gübrənin verilməsi hər yerdə yüksək səmərəli olur. Xüsusilə pambıq, şəkər çuğunduru və kartof kimi cərgəarası becərilən bitkilərin əlavə gübrələnməsi geniş yayılmışdır. Əlavə gübrəni təyyarə ilə dağınıq səpələyərək səpin maşmı ilə (payızlıq bitkilərə, kətana) və ya cərgəarası becərilən bitkilərə qulluq edəndə cərgələrə verilir. Sonuncu halda gübrələri bitki qidalandıran maşınlara və ya cərgəarası becərmə alətlərinə quraşdırılan xüsusi vasitələrlə verirlər. Əlavə gübrələmə zamanı gübrələri quru halda və ya məhlul şəklində verirlər.
13.1.5. Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri
V.A.Kovda (1978) bir sıra kimyəvi birləşmələrin, elementlərin və ağır metalların müxtəlif xəstəliklərlə əlaqəsi olması haqqında məlumat verir. Məsələn, gübrələmə texnologiyası gözlənilməyəndə azotun nitrat formalarının ərzaq məhsullarında, yemdə və suda toplanması baş verir, о da insan orqanizminə кесэгэк bəzi xəstəliklərin yaranmasına səbəb olur (Ə.Güləhmədov, M.P.Babayev, F.Z.Axundov, 1988; Z.R.Mövsümov, 1994). Nitratlar nitritlərlə birgə konserogen təsir yaradaraq, insan orqanizmi və ətraf mühit üçün daha ağır fəsadlar törətmək imkanına malikdirlər. Meyvə-tərəvəz və su ilə qəbul edilmiş nitratların 80%-nin insan orqanizmindən xaric edilməsinə baxmayaraq onun mədə-bağırsaq sistemində qalan hissəsi bəzi mikroorqanizmlərin və fermentlərin təsiıi ilə daha yüksək toksiki maddəyə - nitritə çevrilir. Nitritin insana toksiki təsiri nitratdan 10-20 qat artıqdır. Ona görə də, nitratın insana zərərli təsiri eyni zamanda nitritin təsiri ilə daha da güclənir. Bu maddələrin insan və heyvan orqanizmlərinə təsir mexanizmi aşağıdakı kimi izah edilir. Normal halda qanın tərkibində olan hemoqlobin nəfəs alan zaman havanın oksigenini özünə birləşdirərək oksihemoqlabinə çevrilir. Oksihemoqlabin qanla birlikdə toxumalara yayılaraq özünə birləşdirdiyi oksigeni bədənin hər yerinə çatdırır. Beləliklə, normal vəziyyətdə hemoqlobin bədəndə oksigen daşıyıcısı vəzifəsini yerinə yetirir.
Orqanizmə nitrat və nitrit daxil olduqda isə onlar hemoqlobinb birləşərək methemoqlobin adlanan davamlı birləşmə əmələ gətirir. Nəticədə qanda hemoqlobinin miqdarı azalır, orqanizmin oksigenlə normal təchizi pozulur. Adətən ngrmal orqanizmdə methemoqlobinin miqdan hemoqlobinin ümumi miqdarının 2%-ni təşkil edir. KLiçik yaşlı uşaqlarda, xüsusilə vaxtından tez doğulmuş körpələrdə methemoqlobinin miqdarı 4%-ə çatır. Yaşlıların orqanizmində xüsusi ferment sistemi mövcuddur. Bu sis-tem əmələ gəlmiş methemoqlobini parçalayaraq hemoqlobinin miqdarmı bərpa edir. Uşaqlarda isə bu ferment sistemi fəaliyyət göstərmədiyi üçün nitrat və nitritlə zəhərlənmə ölümlə nəticələnə bilir.
Nitrat və nitritlər orqanizmə kəskin,. ötəri və xroniki təsir göstərir. İnsan və heyvan orqanizminə bir dəfəyə yüksək miqdarda nitrat və nitrit daxil olduqda methemoqlobinemiya, yəni methemoqlobinin miqdarının artması prosesi inkişaf etməyə başlayır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir. Methemoqlobinin miqdarı 20-50%-ə çatdıqda isə sianoz xəstəliyinin inkişafı kəskinləşir. Bu xəstəliyin əsas əlamətləri oksigen çatışmazlığı, zəiflik, baş ağrısı, ürək döyünməsi və huşun itirilməsidir. Methemoqlobinin miqdarının 50%-ə keçməsi ölümlə nəticələnir. Nitrat azotunun orqanizmə, hətta az miqdarda, lakin mütəmadi daxil olması insanın xroniki zəhərlənməsinə səbəb olur. Bu zaman qaraciyərdə və böyrəklərdə, ürəkdə və ağ ciyərlərdə bəzi dəyişikliklər baş verir (cədvəl 12.3.)-
Mühitdə kükürd, azot və karbon oksidlərinin böyük konsentrasiyası yarananda, bu, nəfəs yollarının iltihabına, ağ ciyər xəstəliklərinə və astmaya səbəb olur. Eynilə civə, kadmium, qurğuşun mərkəzi sinir sistemi-ni zədələyir, irsi xəstəliklərin (eybəcərlik, psixoz), mutasiyanın yaranmasına gətirib çıxarır. Kadmium birləşmələri insan skletini və psixikasını pozan itoy-itoy xəstəliyini də törədir. Bu xəstəlik ilk dəfə Yaponiyada müşahidə edilmişdir. Ona görə də əkinçiliyin kimyalaşdırılması gübrələmə sistemlərinin keyfiyyəti və həmçinin ətraf mühitin (hava, su, torpaq), qida və yem bitkilərinin toksiki birləşmələr və ağır metallarla çirk-lənməsi üzərində daimi nəzarətin olmasını təbb edir.
Ətraf mühitin azot gübrələri ilə çirklənməsinin qarşısının alınmasında bioloji azotun böyük rolu vardır. Yuxarıda qeyd edildiyi kimi, mikroorqanizmlərin, ilk növbədə paxlalı bitkilərin kök sistemində simbioz formasında mövcud olan azot fiksatorlarönön vasitəsilə biosferə 7,6 mln. ton bioloji azot daxil olur. Hesablamalar göstərir ki, paxlalı bitki əkinlərində hər hektara əlavə olaraq 20-25 kq bioloji azot daxil olur. Digər tərəfdən, paxlalı bitkilərin ətraf mühitin mühafizəsində ən əhəmiyyətli rolu ondan ibarətdir ki, onların əkildiyi sahələrə azot gübrələrinin verilməsinə ehtiyac yoxdur.
Bəzi müəlliflərin (Q.V.Dobrovolski, E.D.Niktin, 1990; S.V. Zonn,
A.P.Travleyev, 1989; Q.Ş.Məmmədov, 1994; Q.Ş.Məmmədov, Q.Ş.Yaqubov, S.Z.Məmmədova, N.F.Həkimova, 2002; V.Q.Mineyev, E.X.Rempe və b. 1990) nəzərincə, torpaq «özütənzimlənən>> sistem olduğundan mineral azotun gəlir-çıxarı arasında müvazinət vardır. Mineral azotun torpaqda izafi çoxluğu fonunda denitrifikasiya prosesi güclənir və onun torpaqdan yuyulması baş verir. Digər tərəfdən, mineral azotun çoxluğu bioloji azotun fiksasiyasını ya dayandırır, ya da ciddi şəkil-də zəiflədir. Ona görə, həm mineral azotun torpaqda miqdarının optimallaşdırılması, həm də, onun bioloji azotla müvazinətinin saxlanması ekoloji və aqrokimyəvi problem olaraq qalır.
Respublikamızda kənd təsərrüfatında aqrokimyəvi vasitələrdən geniş miqyasda istifadəyə XX əsrin 50-ci illərində başlanmışdır. Həmin əsrin 90-cı illərinə kimi bu artım yüksələn xətt üzrə getmişdir. Əgər 1957-ci ildə bütün respublika üzrə 133,9 min ton mineral gübrə tətbiq edilirdisə, bu rəqəm 1970-ci ildə 421,3 min ton, 1971-ci ildə 495,5 min ton, 1973-cü ildə 662,9 min ton, 1975-ci ildə 963,3 min ton, 1976-cı ildə 1074,2 min ton, 1979-cu ildə 1210 min ton, 1986-cı ildə 1800 min ton olmuşdur. 90-cı illərdə bu göstərici respublikamızda yaranmış ağır iqti-sadi çətinliklərlə əlaqədar azalmağa doğru getmişdir. Azərbaycanda mineral gübrələrdən intensiv şəkildə istifadə edilən dövrlərdə onların hektar üzrə göstəricisi 200-250 kq-dan çox olmamışdır.Halbuki, həmin dövrdə (1986) bu göstərici Böyük Britaniyada 376 kq, Fransada 301 kq, Yaponiyada 386 kq, Almaniyada 422 kq olmuşdur. Həmin ölkələrdə 1,5-2 dəfədən də çox mineral gübrə tətbiq edilmə-sinə baxmayaraq, kəskin fəsadlar törətməmişdir. Buradan belə görünür ki, mineral gübrələrdən, istifadənin törətdiyi fəsadlar onların miqdarı ilə deyil, onlardan istifadə mədəniyyəti və ya ekoetikası ilə bağlıdır.
Gübrələrdən istifadə torpağın deqradasiyasına səbəb olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsaslanan münbitliklə əvəz olunur.
Gübrələrin istehsalı və istifadəsi dünyada durmadan artaraq 1950-1990-cı illərdə təxminən 10 dəfə artmışdır. 1993-cü ildə dünyada orta hesabla 1 ha. əkin sahəsinə 83 kq gübrə verilmişdir, onun yarısı azot gübrəsinin payına düşür.
Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır. İçməli suda və ya ərzaq məhsulunda nitratların konsentrasiyası təyin ohmmuş normadan artıq olduqda insanın sağlamlığı üçün təhlükəlidir.

- Kinda Like Huck Essay Research Paper Kinda
- Kinds of insurance
- Kinesiolgy Essay Research Paper How to go
- King Arthur Essay Research Paper Arthur s
- King Arthur Essay Research Paper Real King
- King Arthur Essay Research Paper The uglier
- King Arthur In Literature And History Essay
- Khomeni Essay Research Paper Khomeini Ruhollah
- Kickapoo Indians Essay Research Paper The Kickapoo
- Kidney Stones Essay Research Paper Kidney stones
- Kids In The Industrial Rev Essay Research
- Kids On Death Role Essay Research Paper
- Killer Angels Essay Research Paper Detailing the
- Kimpton hotel and restaurant group